Kataloniya parlamenti İspaniyanın tərkibindən çıxışı nizama salan qanunu qəbul edib

8-09-2017, 09:14           
Kataloniya parlamenti İspaniyanın tərkibindən çıxışı nizama salan qanunu qəbul edib
Kataloniya parlamenti muxtar cəmiyyətin İspaniyanın tərkibindən çıxışını nizama salacaq qanunu qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "El Pais" bildirib.
Qanunun lehinə parlamentin 71 üzvü səs verib. Parlamentin 10 üzvü ona qarşı çıxıb. Müzakirələr zamanı bitərəf qalan olmayıb.
Qeyd edilir ki, İspaniyanın hökuməti müstəqillik haqqında referendum haqqında Kataloniyanın hakimiyyəti tərəfindən qəbul edilmiş bütün əvvəlki sənədlər kimi bu qanuna da Konstitusiya Məhkəməsində etiraz edəcək.
Daha əvvəl bildirilirdi ki, İspaniya Kataloniya parlamentinə müstəqillik haqqında referendum haqqında qanunun qəbuluyla əlaqədar məhkəmə iddiaları hazırlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru