Fransa hərbi büdcəsini 1,6 mlrd. avroyadək artırır
8-09-2017, 09:17
Fransa 2018-ci ildə hərbi büdcəsini 1,6 mlrd. avroyadək artıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Eduar Fillip bildirib.
Onun sözlərinə görə, bu son 6 ildə müdafiə xərclərində ən iri artım olacaq.
“Bu proses 2019, 2010-ci illərdə də davam etdiriləcək, çünki yaşadığımız dünya təhlükəlidir”, - deyə baş nazir bildirib.
İyunda prezident Emmanuel Makronun hərbi büdcəni 850 mln. avroyadək artırmaq planı bu təklifə qarşı çıxış etmiş Baş Qərargah rəisi Pyer de Vilyenin istefası ilə nəticələndi.