Donald Tramp təbii fəlakətdən ziyan çəkənlərə 36,5 mlrd. dolların ayrılmasını təsdiqləyib

27-10-2017, 08:10           
Donald Tramp təbii fəlakətdən ziyan çəkənlərə 36,5 mlrd. dolların ayrılmasını təsdiqləyib
ABŞ prezidenti Donald Tramp “İrma”, “Harvi” və “Mariya” qasırğaları, habelə Kaliforniya və digər ştatlarda yanğınlar nəticəsində ziyan çəkmiş insanlara yardım məqsədi ilə 36,5 mlrd. dolların ayrılmasını nəzərdə tutan qanunu imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vəsaitlərin 18,7 mlrd. dolları Fövqəladə Hallar üzrə Federal Agentliyinə (FEMA), 16 mlrd. dolları daşqınlar üzrə sığorta ödənişlərinin maliyyələşdirilməsinə, 577 mln. dolları yanğınlarla mübarizənin gücləndirilməsinə və 1,27 mlrd. dolları “Mariya” qasırğasından ziyan çəkmiş Puerto Rikoya ərzaq yardımına yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru