Peşmərgə Çin raketləri ilə tankı vurdu - ABŞ ŞOKDA - VİDEO

27-10-2017, 11:16           

Peşmərgə İraq ordusuna aid, ABŞ istehsalı olan “M1A1 Abrams” tankını Çin istehsalı olan “HJ-8” raketilə məhv edib.
Publika.az xəbər verir ki, bu fakt “War Is Boring” dərgisinin peşmərgəyə aid videosunu analiz etdikdən sonra ortaya çıxıb.
Hadisə oktyabrın 20-də Kərkükdə baş verən qarşıdurmalar zamanı olub. Çin rəsmi olaraq peşmərgəyə silah satmadığına görə, raketin 20140-cü ildə İŞİD-in əlindən alınmış ola biləcəyi təxmin edilir. İŞİD-in də bu silahı Suriya ordusundan ələ keçirdiyi, Suriyanın isə raketi Qətərdən aldığı ehtimal olunur.
Qeyd edək ki, Çin “HJ-8” raketlərini Sudan, Misir, BƏƏ və Pakistan da daxil olmaqla, 19 ölkəyə satır.
[media=https://www.youtube.com/watch?v=-6HFwGLwLTc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru