Koreya savaşı: dəqiqədə 10 min raket, ilk gün 30 min cəsəd...

28-10-2017, 20:12           

Koreya yarımadasında silahlı qarşıdurmanın bərpası nəticəsində yüz minlərlə insan müharibənin ilk günlərində qurban olacaq.

Axar.az xəbər verir ki, bu barədə Konqresin Tədqiqat Xidmətinin hesabatında deyilib.

Məlumata görə, hətta nüvə silahından istifadə olunmasa belə, müharibənin ilk günlərində itki sayı 30 mindən 300 minə qədər ola bilər. Tədqiqatçıların belə qənaətə gəlməsində səbəb isə Şimali Koreya artilleriyasının dəqiqə ərzində 10 min raket buraxmaq potensialı göstərilib. Müharibə nəticəsində eyni zamanda hər iki tərəfdən ümumilikdə 25 milyondan çox insanın zərər görəcəyi açıqlanıb.

ABŞ Konqresində həmçinin mümkün müharibə zamanı Çin, Rusiya, Yaponiya kimi ölkələrin də döyüşlərə qoşulmaq ehtimalı olduğu açıqlanıb.

Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreyanın nüvə başlıqlarının 15-250 kiloton arası gücə malik olduğu açıqlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru