Rusiya qoca qitədən zəmanət istəyir

31-10-2017, 16:42           
Rusiya qoca qitədən zəmanət istəyir
Sergey Lavrov:"Türk Axını" Avropa ölkələrinə qədər uzana bilər"
"Əgər rəsmi Brüssel zəmanət versə, "Türk Axını" qaz boru kəmərini Avropa İttifaqı ölkələrinə qədər uzatmağa hazırıq". Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, bu gün keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Türk Axını"nın ikinci qolunun Avropa torpaqlarına qədər uzanması, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin getdikcə artan tələblərini qarşılaya bilər. Qitənin çoxlu sayda ölkəsi "Türk Axını" qaz boru xəttinə maraq göstərir. Və biz buna hazırıq. Ancaq əvvəlcə rəsmi Brüsselin zəmanəti olmalıdır" — Lavrov bildirib.



/sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.