Kopenhagendə atışma olub, ölən və yaralananlar var
1-11-2017, 05:09
Çərşənbə axşamı gecə saatlarında Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Nyorrebro mikrorayonunda baş verən atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti "Twitter"də məlumat yayıb. "Polis atışma nəticəsində bir nəfərin öldüyünü təsdiq edir", — deyə məlumatda bildirilir. Qeyd olunur ki, yaralılardan biri ağır vəziyyətdədir. Atışmanın hər üç iştirakçısı kriminal qruplaşmalar ilə əlaqəlidirlər.