ABŞ-ın "İncirlik" hərbi aviabazasındakı nüvə başlıqlarının sayı məlum oldu
1-11-2017, 11:34
Türkiyənin “İncirlik” hərbi aviabazasında ABŞ-ın 50-yə yaxın nüvə döyüş başlığı yerləşir. Bu barədə Türkiyə parlamentində müzakirələr zamanı bildirilib. Bu döyüş başlıqları ABŞ və Türkiyə arasında müvafiq razılaşmaya uyğun olaraq, "İncirlik" bazasının yaradılmasından 5 il sonra, 1960-cı ilin sonlarından yerləşdirilib. Aviabazada əsasən B61 nüvə döyüş başlıqları saxlanılır. eastnews.org