İslamda şiə- sünnü düşmənçiliyinə sonun başlanğıcı- Müqtəda Sədrdən vəhhabiləri narahat edəcək mükəmməl açıqlama

16-08-2015, 11:31           

“Sizinyol” xarici mətbuata istinadən xəbər verir ki, İraqın Sədr hərəkatının rəhbəri Müqtəda Sədr bildirib ki, Əl-Əzhər rəhbəri vəhdət açıqlaması ilə şeytanın firqəçilik fitnəsin qapılarından birini bağladı. Sədr bu hadisədən sonra Əl-Əzhər rəhbərinin arxasında ona iqtida etməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, dünyanın ən böyük İslam universiteti olan Misirdəki “Əl-Əzhər” universitetinin rəhbəri Əhməd Təyyib demişdi ki, şiələri kafir kimi qələmə vermək yanlışdır və mən Nəcəfdə şiə imamları arxasında onlara iqtida edirəm.
Müqtəda Sədr bu mövzu ilə bağlı ünvanlanan sualın cavabında deyib: “Allaha şükr edirəm ki, bu cür şücaətli, doğru yolu getməkdən, doğru sözü söyləməkdən çəkinməyən alimlər var… Allah ona yardımçı olsun. O şeytanın firqəçilik fitnəsinin qapılarından birini bağladı.”
Sədr əlavə edib: “Necə ki, o şiələrin arxasında onlara iqtida edib namaz qılır, biz də onun arxasında dayanıb bu alimə iqtida edərik… Ədalət budur ki, insan dində insaflı olsun. Sırf firqəyə məxsus meyllər və səliqələr ardınca getmək doğru deyil.”
Qeyd edək ki, Əhməd Təyyib bundan öncə də şiələrə qarşı peyk antennaları vasitəsi ilə yayımlanan kanallara etiraz edib və bu düşmənçiliyi Quran və sünnə ilə əlaqəlndirməyin qeyri-mümkün olduğunu bildirmişdi.
Əhməd Təyyib deyib ki, biz namazlarda şiələrə iqtida edirik, onların Quranı elə bizim Qurandır. Şiə-sünni ixtilafından siyasi zəmində bəhrələnənlər var. Yoxsa iki məzhəb arasında ixtilaflar o qədər böyük deyil ki, şiələr dindən çıxmış kimi tanıtdırılsın.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.