Naməlum şəxslər 44 ton şokoladı oğurladılar - POLİS AXTARIR

29-01-2018, 21:36           
Naməlum şəxslər 44 ton şokoladı oğurladılar - POLİS AXTARIR
Almaniyanın Frayburq şəhərində naməlum şəxslər içərisində ümumilikdə 44 ton şokoladın olduğu iki yük maşınını qaçırıblar.

Unikal.org-un məlumatına görə, yük maşınları sənaye zonasından qaçırılıb.

Qısa müddət sonra avtomobillərdən biri yol kənarında tapılıb. Bildirilir ki, sürücü hadisə yerindən uzaqlaşsa da, şokolad yük maşınında qalıb.

Məlumata görə, ikinci avtomobil isə Lar şəhəri yaxınlığında boş tapılıb.

Oğurlanan şokoladın dəyərinin 400 min avroya bərabər olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru