Rusiya Abxaziyaya qoşun göndərdi: Putinin planı reallaşır

22-08-2015, 23:16           

Rusiyanın Dəmiryol Qoşunları Abxaziyaya dəmiryol xətlərinin bərpası üçün göndərilib.

Axar.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakov söyləyib.

Onun sözlərinə görə, Rusiya Dəmiryol Qoşunları Abxaziyaya iyulun sonunda göndərilib:

“Biz qoşunları buraya Abxaziya rəhbərliyinin xahişi ilə göndərmişik. Təxminən 500 hərbçi və 50 texnika dəmiryollarının bərpası üçün çalışır. İşlər Oçamçira stansiyasından İnquri çayı üzərindəki körpüyə qədər aparılır”.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpası təşəbbüsü ilə çıxış etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.