Məhkəmə Trampın əleyhinə qərar verdi

25-06-2025, 16:23           
Məhkəmə Trampın əleyhinə qərar verdi
Amerika vergi ödəyiciləri Prezident Trampın 83 milyon dollarlıq böhtan işi üzrə davam edən apellyasiya prosesinin xərclərini ödəməyəcəklər – bu barədə federal apellyasiya məhkəməsi çərşənbə günü qərar verib.
ABŞ-ın 2-ci Dairə Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası Trampın, jurnalist E. Jean Carroll-un ona qarşı böhtan iddiası üzrə apellyasiya prosesində Ədliyyə Nazirliyinin vəkillərinin çıxış etməsi ilə bağlı müraciətini rədd edib.
Keçən il Nyu-York münsiflər heyəti keçmiş Elle jurnalının köşə yazarı E. Jean Carroll-a 83.3 milyon dollar təzminat ödənilməsinə qərar verib. Buna səbəb Trampın 2019-cu ildə onu cinsi təcavüzdə ittiham edən Carroll-un iddiasını inkar etməsi və bu zaman verdiyi bəyanatlarla ona böhtan atması olub. İddiaya görə, hadisə 1990-cı illərin ortalarında Bergdorf Goodman mağazasında baş verib.
Tramp bütün ittihamları rədd edir.
azadliq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru