Cənubi Koreya keçmiş prezidentin həbsinə order üçün sorğu verib

25-06-2025, 16:24           
Cənubi Koreya keçmiş prezidentin həbsinə order üçün sorğu verib
Cənubi Koreyada keçmiş prezident Yun Sok Yolun hərbi vəziyyət tətbiq etməsi ilə bağlı işi araşdıran xüsusi prokuror onun barəsində həbsinə dair order istəyib.

Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, bu barədə keçmiş siyasətçinin vəkilinin ofisi məlumat yayıb.

Qeyd olunub ki, prokuror keçmiş prezidentinin dəfələrlə çağırış vərəqələrinə əməl etməkdən imtina etdiyini əsas gətirib.

İstintaq zamanı ictimai vəzifəyə mane olmaq ittihamı ilə həbs qərarı verilib, çünki Yun Sok Yol gələcək çağırışlara əməl etməmək niyyətini açıq şəkildə ifadə edib. Siyasətçinin vəkili qeyd edib ki, müvəkkili istintaqın qanuni və ədalətli şəkildə getdiyini görmədiyi üçün çağırış vərəqəsində göstərilən tələblərə əməl etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru