Livanlı şiə alim İrandakı rejimə "od püskürdü" - "Şiələr İrandakı dini lider rejimindən uzaq dursunlar"
24-08-2015, 01:33
Livanlı şiə alimi Seyid Məhəmməd Əli Hüseyin İrandakı molla rejimini sərt şəkildə tənqid edib.
Avropa.info xəbər verir ki, ərəb mediasına verdiyi açıqlamada Əli Hüseyin İrandakı dini lider sisteminin bölgəni qana soxduğunu deyib.
"İrandakı inqilabın qələbəsi və İran şahının devrilməsi bir çox müsəlmanı sevindirdi. Xüsusilə şiələr bunu xəyallarının qələbəsi bilirdilər. O zamanlar xüsusilə dövlət təzyiqi altında olduqlarını iddia edən Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, İraq, Yəmən, Suriya və Livandakı bəzi şiələr Xümeyninin bəzəkli şüarlarına aldandılar və şüursuz şəkildə özlərini Vilayəti Fəqih sisteminin xidmətinə bıraxdılar .Onlar Vilayəti Fəqih rejimini haqq və ədalətin təntənəsi olaraq görürdülər. Amma bu inqilabda əsas rol alan İran xalqı indi illərdir şah dövrünün həsrətini yaşayır.
İran xalqı Vilayəti Fəqih rejiminin (Dini Lider Rejiminin) xalqın 70 faizini yoxsulluq həddinə gətirdiyini açıqca görürlər. Hazırda 15 milyon İranlı aclıq durumundadır, 11 milyon ailə narkotik bəlasına düşmüş durumdadır. Minlərlə insan küçələrdə yatır.
İranda işsizlik 30 faizə çatıb və işsiz İranlı gənclərin sayındakı artım davam edir, onların bir çoxu iş sahibi olmadıqları üçün ailə qurmurlar.
Bundan başqa, Tehran küçələri yoxsulluq və narkotik asılılığından görə fahişəliyə məcbur olan qadınlarla doludur. İran mənbələrinə görə, bu qadınların sayı 300 min üzərindədir.
2009-cu ildə dünya İran xalqının böyük etiraz aksiyalarında dini liderin şəkillərini cırıb ayaqlar altına atdığını, "Ölüm olsun Xamneyiyə " şüarlarını qışqırdığını gördü.
İndi İran inqilabından 37 il sonra ölkə o qədər dəhşətli bir mənzərəylə qarşı-qarşıyadır ki, bəzi insanlar uşaqlarını satmağa başlayıb, açıq şəkildə uşaqlarını satmaq üçün elan verirlər.
Bu həqiqətlərlə şiə qardaşlarımı Xomeyni rejiminin çirkin mahiyyətini çatdırmaq istəyirəm.
Xüsusilə Bəhreyn, İraq, Suriya, Yəmən və Livan şiələri keçmişə baxıb dini lider sistemindən əvvəlki vəziyyətlərini müqayisə etmələrini istəyirik. O zamanlar indiki problemlər və böhranlar var idimi? Şiə dini lider sisteminin ortaya çıxmasından əvvəl İraq və Livandakı vəziyyət bu qədər dəhşətli idimi?
Şiələrin, xüsusilə də İraq, Livan və körfəz ölkələrindəki şiələrin indiki çətin vəziyyətləri heç biri onların dövlətlərindən qaynaqlanmır.
Bu həqiqətlərlə şiə qardaşlarımdan indiki vəziyyət onlardan ibrət almalarını və Vilayəti Fəqih sisteminə tabe olmağı və onun layihələrində iştirakdan etməkdən uzaq durmalarını istəyirəm.
Vilayəti Fəqih sistemi siz şiələri qeyri- qanuni tamahları üçün istifadə etmək istəyir.
Özünüzə və millətlərinizə qayıdın. Öz ölkə və xalqınızın yanında olun, onlara inam və sabitlik üçün kömək edin.