“Samsung” dünyanın ən güclü planşetini buraxacaq

20-02-2018, 00:07           

“GFXBench” xidmətinin məlumat bazasında Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin yeni “Galaxy Tab S4” planşetinin texniki xüsusiyyətləri açıqlanıb.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, cihaz yüksək məhsuldarlığa malik olacaq və bu xüsusiyyət onu dünyada ən güclü planşetə çevirəcək.
“GFXBench”də cihaz “SM-T835” kod adı altında nümayiş etdirilir. Söhbətin “Samsung Galaxy Tab S4” planşetindən getdiyini anlamaq çətin deyil. Çünki əvvəlki model burada “SM-T825” kimi işarələnmişdi.

Bu modelə həsr edilmiş bölmədə deyilir ki, planşet 2560х1600 piksel genişlənməyə malik, 10,5 düym həcmli AMOLED ekrana malik olacaq. Planşetin “Qualcomm Snapdragon 835” çipseti ilə təchiz ediləcəyi, 4 Gb əməliyyat yaddaşına və 64 Gb əlavə yaddaşa malik olacağı bildirilir.

Cihaz 12 və 8 meqapiksel həcmində 2 kameraya malik olacaq və “Android 8.0 Oreo” əməliyyat sistemi ilə çalışacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru