İrandan İsrailə sensasion cavab — Strateji obyektlərin görüntülərini yaydılar + FOTO

20-02-2018, 00:34           

İran Hizbullahına və İran İnqilab Keşikçilərinə yaxın bir kanalda İsrailin dövlət əhəmiyyətli obyektlərinin koordinatları və görüntüləri paylaşılıb.
«Ölkə.Az» xəbər verir ki, həm şəkilli, həm də videolu yayımlanan görüntülər Hizbullah lideri Həsən Nəsrullahın çıxışı ilə tamamlanır. Video-çarxda istifadə olunan yazıların ivrit dilində olması da xüsusi diqqət çəkir.

İranın video-çarxda hədəf taxtasına düzdüyü yerlər Kariş, Tamar və Leviatan olub. Bu yerlər İsrail üçün strateji əhəmiyyətli təbii qaz ehtiyatlarının yerləşdiyi bölgələrdir.

İranın bu cür kəskin reaksiyası, İsrailin baş naziri Benyamin Netanyahunun Münhen Təhlükəsizlik Konfrasında İrana aid olan pilotsuz uçan aparatı göstərməsi ilə əlaqələndirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru