Fransada sərxoş kişi 4 nəfəri güllələyib

26-08-2015, 12:03           
Fransada sərxoş kişi 4 nəfəri güllələyib
Fransada 4 nəfərin qurban olduğu atışmanın təfərrüatları araşdırılır.
"Report" "Euronews"a istinadən xəbər verir ki, atışma Fransanın şimalında Rua şəhərinin yaxınlağında baş verib.

Qaraçı taborunun ərazisinə silahlı adam girərək kişi, qadın və 6 aylıq körpəni güllələyib. Ölənlərin hamısı bir ailənin üzvləridir. 3 yaşlı uşaq da daxil olmaqla, bir neçə nəfər yaralanıb.

Basqınçı hadisə yerinə gələn jandarmalara da atəş açıb, onlardan biri aldığı yaralar nəticəsində həyatını itirib.

Hücum edən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Yerli KİV bildirir ki, basqınçı sərxoş olub. Cinayətin motivləri hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.