Bakı əsilli yəhudi xanım Ukraynada separatçılara qoşuldu – ŞOK

26-08-2015, 12:39           
Bakı əsilli yəhudi xanım Ukraynada separatçılara qoşuldu – ŞOK
Azərbaycan yəhudisi, 37 yaşlı İnna Levinta Ukraynada separatçılara qoşulub.

Bu barədə “The Jerusalem Post” nəşri yazıb.

Nəşrin məlumatına görə, Azərbaycan sakini olan yəhudi İnna Levintanın separatçıların sırasında Ukraynaya qarşı döyüşdüyünü Donetskin “xarici işlər naziri” iddia edib.

“Bizim sıralarımızda SAXAL-ın (İsrail müdafiə ordusu – red.) onlarla keçmiş döyüşçüsü vuruşur”, – deyə separatçıların “naziri” Aleksandr Kofman bildirib.

Nəşr yazır ki, 37 yaşlı İ.Levita solçudur və İsrail Kommunist Partiyasının üzvüdür. O, Bakıda doğulub, lakin İsraildə boya-başa çatıb. Heç vaxt Sovet İttifaqına qayıtmağı düşünməyib. Lakin ötən ilin sentyabr ayında İnnanın Şərqi Ukraynada bir yaxını itir və o, axtarışlara başlayır.

“Yarım ay sonra mən Novorosiyaya (Rusiya İmperiyası dövründə işlədilən termin, separatçılar müasir Ukraynanın şərq hissəsindəki qondarma qurumu belə adlandırırlar – red) yola düşməyə qərara aldım”, – deyə nəşrə danışan Bakı yəhudisi bildirib.

O, separatçılara qoşulmağının səbəbi kimi “sakinlərə qarşı törədilən cinayətləri” göstərir. İ. Levitanın Kommunist Partiyasının saytında yayılan açıq məktubunda da deyilir ki, o, faşistlərə, nasistlərə və oliqarxlara qarşı döyüşür, həmçinin, insanlara kömək edir. Bakı yəhudisi məktubunda Qərbi nasist adlandırdığı Ukrayna ordusunun vəhşiliklərinə göz yummaqda da ittiham edir.

“Şəxsən mən israilli xanım kimi faşistlərə instinktik olaraq nifrət edirəm”, – deyə o yazır.

Qeyd edir ki, onun döyüş yoldaşları arasında ruslar, ukraynalılarla yanaşı, həmçinin, serblər, ispanlar, italyanlar və israillilər də var.

Qeyd edək ki, bu ilin fevralında İspaniya hökuməti 8 nəfəri separatçılar tərəfində döyüşməkdə ittiham edərək həbs edib. Kiyev separatçıları rəsmi şəkildə terrorçu adlandırır. publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.