Təhlükə: Şirkətlər kiberhücumdan qorxur

27-08-2015, 10:58           

Keçən illə müqayisədə kiberhücumdan qorxan şirkətlərin sayı 13 faiz artıb. Axar.az xarici mətbuata istinadən xəbər verir ki, “CyberEdge Group” şirkəti tərəfindən rəyi soruşulan təhlükəsizlik üzrə mütəxəssislərin 52 faizinin fikrincə, onların şirkəti 2015-ci ilin sonunadək uğurlu kiberhücumun qurbanı olacaq. Ötən il belə pessimistlərin sayı 39 faiz təşkil edib. İnformasiya təhlükəsizliyi sahəsinin mütəxəssislərini narahat edən əsas kibertəhdidlər kimi veb-proqramlara hücumlar göstərilir. Veb-proqramlar müasir şirkətlərdə geniş yayılıb və çox vaxt cinayətkarların diqqət mərkəzində olur. Bunun əsas səbəblərindən biri məxfi məlumatlara birbaşa çıxışın olmasıdır. Məlumatda bildirilir ki, mütəxəssislərdə mobil qurğuların təhlükəsizliyi xüsusi narahatlıq doğurur. Şirkətlərin bacarığı qiymətləndirilən zaman İT-nin maraq dairəsinə daxil olan müxtəlif sahələrdə kibertəhdidlərdən mühafizədə mobil qurğular respondentlər tərəfindən ən aşağı balla qiymətləndirilib. Reytinqdə sonrakı yerlərdə noutbuklar və sosial şəbəkələr üçün əlavələr qərarlaşıb. Şirkətlərin üçdə iki hissəsi əsas qurğuların mühafizəsi üçün malik olduğu alətləri dəyişmək və ya modernləşdirmək niyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.