Rusiyanın Donbasla bağlı sirlərinin üstü açıldı

27-08-2015, 11:07           
Rusiyanın Donbasla bağlı sirlərinin üstü açıldı
“Rusiya Ukraynadakı itkilərini təsadüfən “ağzından qaçırdı”.

Publika.az xəbər verir ki, bu barədə “Forbes” jurnalında siyasi müşahidəçi Pol Roderik Qreqorini yazıb.

Onun yazdığına görə, maliyyə bazarları və biznes hesabatları ilə tanınan Rusiyanın “İşgüzar həyat” nəşrinin saytında “2015-ci ildə hərbi ödəmələrin artması” adlı analitik material dərc edilib. Materialda Ukrayna ərazisində ölən Rusiya əsgərlərinin sayı açıqlanmışdı. Senzorlar rəqəmləri tezliklə silsələr də, materialı jurnalistlər götürə biliblər. Bundan başqa məlumat veb-arxivdə qalıb.

Pol Roderik Qreqori qeyd edib ki, materialın bölmələrindən biri bu şəkildə idi: “2014-2015-ci illərdə Ukraynada döyüş hərəkətlərində iştirak üçün hərbi personala ödənilən kompensasiya”.

Ukraynada hərbi əməliyyatlarda ölən hərbçilərin ailələri üçün pul kompensasiyası 3 milyon rubl (təxminən 43 min dollar), döyüşlərdə yaralanaraq əlil olanlar üçün isə 1,5 milyon rubl (təxminən 21,5 min dollar) təşkil edir. Bundan başqa, münaqişə zonasında müqavilə əsasında xidmət edənlərin bir gününə 1,8 min rubl (təxminən 26 dollar) ödənilməsi nəzərdə tutulub. 1 fevral 2015-ci ilə kimi ölən 2 min hərbçinin ailəsinə, 3,2 min hərbçinin isə özünə kompensasiya ödənilib.

Rusiya nəşrinin yazdığına görə, kompensasiyalar ümumilikdə 20 milyon dollar təşkil edib. Qreqori “sülh vaxtları”nda ölən hərbçilərin sayının məxfiləşdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinin sərəncamını xatırlanıb: “Əgər ailələr onların oğullarının Ukraynada həlak olduğunu açıqlasalar, o halda dövlət ödəmələri, həmçinin təqaüdlərindən məhrum olacaqlar. Bundan başqa, qanunu pozanları cinayət məsuliyyəti gözləyir”.

Qreqori qeyd edib ki, “İşgüzar həyat” nəşrində gedən analitik material Rusiya qoşunlarının Ukrayna ərazisində olmadığını bildirən Moskvanın yalan danışdığını göstərir. Onun sözlərinə görə, çoxsaylı sübutlara baxmayaraq, rusiyalıların yalnız dörddə biri Rusiya qoşunlarının Ukraynaya daxil olduğuna inanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.