Moskva Arbitraj Məhkəməsi azərbaycanlı milyarder Telman İsmayılovun `AST` qrupuna daxil olan `KBF AST` MMC-nin 213 milyon dollar dəyərində aktivinin həbs olunmasından imtina edib.
AzVision.az `RBK`ya istinadən xəbər verir ki, Telman İsmayılovun şirkətinin aktivlərinin həbs olunması ilə bağlı məhkəməyə `VTB` qrupa daxil olan `Bank Moskvı` bankı müraciət edib.
Qeyd edək ki, iyulun sonunda `Bank Moskvı` AST qrupdan 13 milyard 380 milyon rublun alınması ilə bağlı məhkəməyə iddia ərizəsi təqdim edib. Avqustun 6-sı keçirilən məhkəmə prosesində Moskva Arbitraj məhkəməsi məsələ ilə bağlı qərar verməmişdi.
Qeyd edək ki, daha əvvəl mənbə `Kommersant` qəzetinə bildirmişdi ki, `Bank Moskva` və İsmayılovlar ailəsi `AST` qrupun Moskvadakı mülklərinin satılması hesabına borcu məsələsini həll etməyə çalışıb. Lakin razılaşma pozulub və bank məhkəməyə müraciət edib.