Almaniyada müsəlmanlara və məscidlərə 950 dəfə hücum olub

9-03-2018, 16:34           

Almaniyada müsəlmanlara və məscidlərə 950 dəfə hücum olub. AzEuroNews.com xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin yaydığı hesabatda deyilir ki, hücumların əksəriyyəti müsəlmanların qaldığı qaçqın kamplarına və məscidlərə olub. Hücumlar zamanı məsidlərə donuz qanı sürtmə və donuz qanı ilə müxtəlif şüarlar yazma kimi faktlar da qeydə alınıb.

Nazilikdən verilən açıqlamada qeyd olunub ki, 2017-ci ildə yeni tikilməkdə olan məcidlərə hucum edənlər ora nasizmi təbliğ edən şüarlar yazıblar. Eyni zamanda radikal sağçılar müsəlmanların yaşadığı evlərə və kamplara təhdid məktubları göndəriblər.

Faktlar arasında hicablı xanımlara küçədə edilən hücumlar da var.

Qeyd olunur ki, belə hücumlar zamanı 33 nəfər yaralanıb. Ümumilikdə isə, 2017-ci ildə 60-dan çox məscidə hücum gerçəkləşib. Eyni zamanda müsəlmanlara və İslam dininə qarşı 90-dan çox mitinq keçirilib.

Məsələ ilə bağlı danışan Almaniya Müsəlmanlar Mərkəz Konseyinin başqanı Aiman Mazyek deyib ki, bu sadəcə qeydə alınan hücumlardır. A.Mazyek hesab edir ki, müsəlmanalara qarşı daha çox hücum gerçəkləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru