Rusiya hədələdi: Hər bir ölkənin cavabı veriləcək

27-03-2018, 08:57           

"Hər bir ölkə ilə bağlı müvafiq tədbirlər olacaq: həm diplomatlarımızın çıxarılması, həm də Sietldəki baş konsulluğumuzun bağlanılması ilə bağlı" - deyə Zaxarova bəyan edib

"Moskva, rusiyalı diplomatları çıxaran hər bir ölkəyə qarşı müvafiq cavab tədbirləri görəcək". Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Sözsüz ki, bizim bu gün gördüklərimizə qarşı cavab olacaq. Hər bir ölkə ilə bağlı müvafiq tədbirlər olacaq: həm diplomatlarımızın çıxarılması, həm də Sietldəki baş konsulluğumuzun bağlanılması ilə bağlı" — deyə Zaxarova bəyan edib.

Xatırladaq ki, bu gün Avropa Birliyinin 16 ölkəsi, eləcə də ABŞ, Kanada, Norveç, Albaniya və Ukrayna rusiyalı diplomatların ölkədən çıxarılmasını elan ediblər. Onlar bunu Solsberidəki insidentlə bağlayıblar.

Xatırladaq ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripal və qızı Yuliya Solsberidə zəhərləniblər. London onların zəhərlənməsində Rusiyanı ittiham edir. Moskva ittihamı rədd edərək, bunu provokasiya adlandırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru