Rusiyanın ABŞ-dakı aktivlərinə həbs qoyula bilər

29-03-2018, 23:43           
Rusiyanın ABŞ-dakı aktivlərinə həbs qoyula bilər
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinə həbs qoyula bilər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman (Jon Huntsman) deyib.

“Bilmirəm, bizim gələcəyimiz necə olacaq, amma ümid edirəm ki, münasibətləri sabitləşdirə biləcəyik. Qarşımızda duran bəzi problemləri konstruktiv şəkildə həll etməsək, normal münasibətlərimiz olmayacaq. Aktivlərə həbs qoyulması isə mümkündür”, – o qeyd edib.

Xatırladaq ki, martın 26-da Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson (Gavin Williamson) Rusiya vətəndaşlarına məxsus, mənşəyi məlum olmayan aktivlərinə həbs qoymağa qərar verib.

“Report”un analitik qrupu hesab edir ki, əgər oxşar addımı ABŞ da atsa, Rusiyada dolların məzənnəsi 60 rublu ötə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru