Saxta eskort saytı yaradıldı: minlərlə insan müraciət etdi
6-04-2018, 00:00

Hindistanda evli olmayan cütlüklərə otel xidməti göstərən “StayUncle” saytı ilginc işə imza atıb.
Günaz.Org Sözcü-yə istinadən xəbər verir ki, saytda eskort xidməti verilməsini istəyən izləyicilərin suallarını cavablandırmaqda çətinlik çəkən sayt rəhbərliyi “staylaid.com” adlı saxta bir eskort saytı yaradıb.
Sayta saxta eskort profilləri yükləyən idarəçilər “Hər zövqə və qiymətə uyğun xidmət” başlığı ilə ilk gündən 1000-dən çox istifadəçinin qeydiyyatdan keçdiyini görüblər. Qısa zamanda sosial şəbəkələrdə də yayılan məlumatlardan sonra sayt ölkə gündəminə düşüb.
Saytın saxta olduğu ortaya çıxdıqdan sonra “StayUncle”un qurucusu Sançit Sethi açıqlama verib:
“Bizə hər ay otaq rezerv etməklə yanaşı eskort tapmağımızı da istəyən 3000-ə yaxın adam zəng vurur. Bu vəziyyətlə başa çıxa bilmədiyimiz üçün eskortların da içində olduğu insan ticarətinə diqqət çəkmək istədik. İnsanlar bunun nə qədər böyük bir problem olduğunu görməli idilər. Saxta eskort saytı ilə bu problemi böyük auditoriyaya çatdıra bildik”.
Dövlət qaynaqlarının məlumatına görə, 2016-cı ildə 8 min insan bu ticarətin qurbanı olub. Bu rəqəm hər il 20 faiz artır.