İŞİD daxilində 120 nəfər güllələndi - Çoxu səhra komandirləri idi

1-09-2015, 20:40           

İŞİD terror qruplaşması İraqın Naynava vilayətində 120-dən çox döyüşçüsünü edam edib.
Bağdadiyə uğursuz sui-qəsd: 122 döyüşçü edam edildi
Conflict.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Səid Mamuziniyə istinadən “Al Sumaria” telekanalı bildirib.
Bağdadiyə uğursuz sui-qəsd: 122 döyüşçü edam edildi
Onun sözlərinə görə, döyüşçülər “İslam dövləti”ndə çevriliş etməkdə və qruplaşmanın lideri Əbubəkr Əl-Bağdadini aradan götürmək cəhdində ittiham olunurlar.
Bağdadiyə uğursuz sui-qəsd: 122 döyüşçü edam edildi
Mamuzini dəqiqləşdirib ki, “dövlət çevrilişi” bazar günü – avqustun 30-da həyata keçirilməliymiş. “Amma sui-qəsdçilərin planlarını iki gün əvvəl həbs edilmiş beş döyüşçü açıb. Nəticədə 122 döyüşçü Mosulun cənubundakı həbsxanada güllələnib. Onlardan 18-i səhra komandiri idi”, - o söyləyib.
Bağdadiyə uğursuz sui-qəsd: 122 döyüşçü edam edildi
Mamuzininin sözlərinə görə, İŞİD-də parçalanma getdikcə daha aşkar şəkildə ortaya çıxır. O qeyd edib ki, pul, hakimiyyət və təsir bölgüsü uğrunda mübarizədə İŞİD-in onlarla döyüşçüsü həlak olub.


İŞİD daxilində 120 nəfər güllələndi - Çoxu səhra komandirləri idi













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.