ABŞ hökumətinin əməkdaşlarını istənilən əraziyə çatdıran məxfi hava donanması var. Axar.az xarici mətbuata istinadən xəbər verir ki, bu sensasiyalı xəbər eyni vaxtda bir neçə amerikan KİV-i tərəfindən yayımlanıb. Bildirilir ki, bu təyyarələr adi kommersiya hava limanlarından uçur və zahirən sərnişin təyyarələrindən fərqlənmir. Jurnalistlərin dediyinə görə, “Canet” adlanan təyyarələr sonuncu dəfə Nevada və Las-Veqas səmalarında görünüb. Axar.az sözügedən təyyarələrin lentə alındığı video çarxı təqdim edir. [media=https://www.youtube.com/watch?t=14&v=QfCva0k4cgQ]