"Biz türkiyəli tərəfdaşlarımızla ilk mərhələnin müəyyənləşdirilməsi və digər məsələlərin daha sonra müzakirəyə çıxarılması barədə razılaşdıq".
Axar.az xəbər verir ki, bu sözləri "Qazprom"un sədr müavini Aleksandr Medvedyev bildirib.
Medvedyev Türkiyənin Türk axını layihəsinin üç mərhələsindən imtina etməsi barədə yayılan xəbərləri təkzib edərək bildirib ki, layihə Avropanın tələblərinə uyğun şəkildə formalaşdırılacaq.