Sarkisyan Putinə Azərbaycandan şikayət etdi

8-09-2015, 08:24           

Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə onun paytaxt ətrafındakı Novo-Oqaryovadakı iqamətgahında görüşüb. Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, görüş zamanı Sarkisyan Dağlıq Qarabağ konfliktinin həll yollarını axtardığına görə Putinə minnətdarlıq edib.

“Sizə, Rusiyaya problemin həll yolu axtarışına görə təşəkkür eləmək istəyirəm. Son iki həftədə sərhəddə çox gərgin vəziyyət yaranıb” – deyib Sarkisyan. O, “Azərbaycan tərəfinin iri çaplı odlu silahlarla yanaşı, artilleriyadan da istifadə eləməsindən” şikayətlənib.

“Əlbəttə ki, bizə cavab verməli oluruq. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbə toplantısında ətraflı danışacağam” – bildirib Ermənistan prezidenti.

Rusiya prezidentinin Sarkisyanın şikayətlərinə hansı reaksiya verdiyi hələlik bəlli deyil.
Görüş zamanı digər məsələlərin, o cümlədən Ermənistana təbii qazın verilməsi, Valeri Permyakovun cinayət dosyesinin də müzakirə olunduğu xəbər verilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.