Kim Ke Qvan: “KXDR İraq və Liviyanın yolu ilə getmək istəmir”

17-05-2018, 08:14           
Kim Ke Qvan: “KXDR İraq və Liviyanın yolu ilə getmək istəmir”
Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini Kim Ke Qvan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair fikirlərini tənqid edib.



APA-nın xəbərinə görə, bu barədə rəsmi Pxenyanın STAK agentliyi məlumat yayıb.



Uzun müddət Amerika Birləşmiş Ştatları ilə danışıqlarda iştirak edən Kim Ke Qvan bildirib ki, KXDR İraq və Liviyanın yolu ilə getmək istəmir.



“Qərbə təslim olduqdan sonra bu ölkələr tənəzzülə uğrayıblar. ABŞ təzyiq siyasətini davam etdirməkdə davam etsə KXDR-ABŞ sammiti baş tutmaya bilər”, bəyanatda vurğulanıb.



ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən həftə rəsmi Pxenyana nüvə proqramından tam imtina etməsini sübut etmək üçün vaxtilə Liviya kimi nüvə silahları ilə bağlı yoxlama aparılmasına razılıq verməyi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru