Səudiyyə Ərəbistanının energetika naziri həmkarları ilə neft bazarındakı vəziyyəti müzakirə edib

18-05-2018, 08:46           
Səudiyyə Ərəbistanının energetika naziri həmkarları ilə neft bazarındakı vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fəlih neft bazarında yaranmış təşvişi azaltmaq üçün bir sıra ölkələrdən, o cümlədən Rusiyadan olan həmkarları ilə telefon danışığı apardığını deyib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, "Twitter"dəki rəsmi mikrobloqunda yazıb.

"Mən neft bazarında narahatlıqları azaltmaq üçün qlobal fəaliyyətlərin əlaqələndirilməsi məqsədi ilə həmkarım ilə bir sıra telefon danışıqları apardım. Bu yaxınlarda əlaqə saxladığım energetika rəhbərləri sırasında BƏƏ, ABŞ, Rusiya, Hindistan və Koreyanın nazirləri var", - deyə Əl-Falih bildirib.

"Mən həm də bizim neft bazarında və dünya iqtisadiyyatında sabitliyə sadiq olduğumuza əmin etmək üçün Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə danışdım. Mən 24-26 may tarixlərində müzakirələrimizin davam etdiriləcəyi Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirakadək digər nazirlərlə də əlaqə saxlayacağam", — deyə Səudiyyənin energetika naziri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru