Yaxın vaxtlarda Kiyev patrul polisləri sürücüləri təqib etmək üçün `Lamborghini Gallardo` markalı avtomobildən istifadə edə biləcək.
AzVision.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının tabeliyində cəmi bir maşın olacaq.
`Vacib xəbər!` Yaxın vaxtlarda polis yüksək sürətlə hərəkət edən sürücüləri təqib etmək üçün belə bir maşın alacaq`, - deyə Kiyev polisinin yaydığı məlumatda bildirilir.
`Lamborghini Gallardo` avtomobilinin istehsalı 2013-cü ildə dayandırılıb. Ukrayna ikinci əl avtomobil bazarında bu avtomobilin dəyəri 130 min dollar və daha artıqdır. 560 at gücünə malik mühərriklə təchiz olunan avtomobil saata 325 kilometr sürətlə hərəkət edə bilir.