Livan hərbçiləri Beka vadisində İraq-Şam İslam Dövlətinin (İŞİD) liderlərindən biri – İbrahim əl-Atraşı həbs ediblər.TİA.az xəbər verir ki, İŞİD-in Livandakı qoluna başçılıq edən Atraş raket və bomba yüklü maşınlarla törədilən terror aktlarına rəhbərlik edirdi. İbrahim əl-Atraşın bir neçə ildir axtarışda olduğu bildirilir.