Rusiya səmasında meteorit peyda oldu – VİDEO

5-08-2018, 12:26           
Rusiya səmasında meteorit peyda oldu – VİDEO
Rusiyanın Surqut və Nefteyuqansk şəhərlərinin sakinləri səmada meteoritə oxşayan obyekt müşahidə ediblər.

Paralel.az xəbər verir ki, şahidlər həmin görüntünü videoya çəkərək, “Vkontakte” sosial şəbəkəsində yerləşdiriblər.

Kadrlarda səmada qonşu şəhərlərin üzərindən uçan alov şarı görünür.

Şəhər sakinlərinin səmada hansı obyekti izlədikləri hələlik tam müəyyən olunmayıb.

İnternet istifadəçiləri şərhlərdə güman edirlər ki, naməlum obyekt kosmik raketin yanan pilləsi də ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru