ABŞ-dan Meksikaya uzanan gizli tunel aşkarlandı - VİDEO

30-08-2018, 07:47           
ABŞ-dan Meksikaya uzanan gizli tunel aşkarlandı - VİDEO
Meksikadan ABŞ-ın Arizona şəhərində yerləşən KFC restoranına gedən yeraltı tunel tapılıb.

Publika.az xəbər verir ki, 180 metrlik tunel Meksikadakı bir evin yataq otağından başlayaraq bir müddətdir işləməyən KFC restoranına uzanır.

Bu tuneldən narkotik maddə qaçaqmalçılığı üçün istifadə edilib. Binada bir neçə paket metamfetamin, kokain, heroin və cərrahi əməliiyatlarda istifadə edilən alfentnil tapılıb. Maddələrin İvan Lopez adlı şəxsə məxsus olduğu aşkar edilib.

İnsanın ayaq üstə dura biləcəyi böyüklükdə olan gizli tunel Lopezin evində və sahibi olduğu binada aparılan axtarışlar zamanı kəşf edilib.

Qeyd edək ki, son 28 ildə ABŞ-Meksika sərhədində 200-dən çox bənzər tunel aşkarlanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru