Netanyahu İran və Suriyanı hədələdi

30-08-2018, 09:26           
Netanyahu İran və Suriyanı hədələdi
İsrailin Baş naziri Benyamin Netanyahu İran və Suriya arasında imzalanan hərbi əməkdaşlıq haqqında müqaviləni şərh edib.

Publika.az xəbər verir ki, “Yediot Ahranot” nəşrinin yazdığına görə, baş nazir İran və Suriya arasındakı heç bir bir anlaşmanın və təhdidlərin İsraili yolundan döndərə bilməyəcəyini bildirib.

Netanyahu qeyd edib ki, İsrail ordusu İranın Suriyada silah və raket sistemlərini yerləşdirmək cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparmağa davam edəcək.

Xatırladaq ki, İranın müdafiə naziri, general-mayor Əmir Hatəmi ötən həftə Dəməşqdə olub və səfər zamanı iki ölkə arasında hərbi ittifaqa dair razılaşma imzalanıb. İranın yarırəsmi xəbər agentliyi “Tasnim”ə görə, razılaşma İran güclərinin Suriyadakı mövcudluğunu davam etdirməsinə imkan verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.