Avropada elektrikli avtomobil satışı 1 milyonu keçib

31-08-2018, 08:08           
Avropada elektrikli avtomobil satışı 1 milyonu keçib
Bu ilin ilk yarısından etibarən Avropada elektrikli avtomobillərin toplam satışı 1 milyonu keçib. AzEuroNews.com xəbər verir ki, Avropa bu rəqəmlə Amerika Birləşmiş Ştatlardan ( ABŞ) irəlidə, Çindən isə geridədir.

Elektrikli avtomobillərə olan maraq hər keçən il artır. “EV-Volumes” tərəfindən aparılan araşdırmaya görə, bu ilin iyun ayına kimi Avropada 1 milyondan çox elektriklə çalışan avtomobil satılıb.

Elektrikli avtomobillər Avropada ən çox Norveçdə satılıb. Belə ki, Norveçdə bu ilin ilk yarısında 36500 elektrikli avtomobil satılıb. Sıralamada Norveçdən sonra Almaniya, İngiltərə və Fransa gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru