Ekvadorda zəvvarları daşıyan avtobus aşıb, 10 nəfər ölüb

2-09-2018, 08:46           
Ekvadorda zəvvarları daşıyan avtobus aşıb, 10 nəfər ölüb
Ekvadorda sərnişin avtobusunun aşması nəticəsində azı 10 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə şənbə günü "El Comercio" qəzeti öz saytında yazıb.

Hadisə səhər tezdən yolda qatı duman olan zaman baş verib. Kuenka şəhərindən Loxa istiqamətində hərəkətdə olan avtobus çevrilib.

Qəzetin yazdığına görə, sərnişinlərin əksəriyyəti El Sisnedən olan Məryəm anaya həsr olunmuş dini bayramı qeyd etmək üçün Loxa şəhər kafedral kilsəsinə yollanan zəvvarlar olublar. Burada söhbət Cənubi Amerikada möcüzəli hesab edilən Məryəm ana təsvirindən gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.