ABŞ-ın SSRİ-ni məhv etmək planı üzə çıxdı: Milyonlarla insan...

2-09-2018, 11:53           
ABŞ-ın SSRİ-ni məhv etmək planı üzə çıxdı: Milyonlarla insan...
ABŞ 1960-cı illərdə SSRİ və Çin kimi sənayə nəhənglərinin total məhvi üçün plan hazırlayıb. ABŞ ordusu bu ölkələrin əhalisinin kütləvi şəkildə məhv edilməsi ehtimallarını da nəzərdən keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Milli Təhlükəsizlik Arxivi” qeyri-kommersiya təşkilatının saytında deyilib.

Məlumata görə, 1964-cü ildə hazırlanmış “İnteqrasiya Edilmiş Vahid Operativ Plan”a (SİOP) əsasən nüvə silahından istifadə imkanları öyrənilirdi. Bu sənədlərdə SSRİ-nin sənaye potensialının 70 faizinin məhv edilməsi öz əksini tapırdı.

ABŞ həmçinin əhalinin kütləvi məhv edilməsinə də hazırlaşırdı. SİOP-a əsasən 1961-ci ildə sovet şəhərlərinin 71 faiz əhalisi məhv edilməli olub, 1962-ci il göstəricilərinə görə isə 70 milyon insanın öldürülməsi nəzərdə tutulub.

Bunula belə ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsi əhalinin məhv edilməsini SSRİ üzərində qələbənin kriteriyalarından biri kimi qiymətləndirirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru