“Azərbaycan tabor”u məhv edilməyib
29-09-2015, 21:42

Rəsmi Moskva Rusiya aviasiyasının Suriyada “İraq Şam İslam Dövləti”nin (İŞİD) mövqelərinə zərbələr endirməsi ilə bağlı məlumatları təkzib edib.
Virtualaz.org-un İnterfax-a istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
“Mənim aviazərbələr barədə xəbərim yoxdur”, - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Peskov qeyd edib ki, Suriya məsələsində hələlik söhbət yalnız koordinasiya mexanizmlərinin yaradılmasından gedir.
Onun sözlərinə görə, növbəti qərarlar vəziyyətin necə dəyişməsindən asılı olaraq veriləcək.
Xatırladaq ki, bundan əvvəl ərəb mətbuatı Rusiya aviasiyasının Suriyanın Hələb şəhərində İŞİD və “Əhrar əş-Şam” döyüşçülərinin mövqelərinə zərbələr endirməsi barədə məlumat vermişdi.
Hücum zamanı komandiri ilə birlikdə “Azərbaycan tabor”unun düşərgəsinin, eləcə də İŞİD-in Əl-Rakkədəki silah-sursat anbarının məhv edildiyi bildirilmişdi.