Hotel işçisi otaqların təmizlənməsi ilə bağlı iyrənc həqiqəti açıqladı:

24-06-2025, 16:28           
Hotel işçisi otaqların təmizlənməsi ilə bağlı iyrənc həqiqəti açıqladı:
Cənubi Koreyada hoteldə işləyən rusiyalı qadın otaqların təmizlənməsi ilə bağlı xoşagəlməz həqiqəti açıqlayıb.

Lenta.ru bildirir ki, bu barədə o, öz "Instagram" hesabında paylaşım edib.

Hotel işçisinin sözlərinə görə, personal həqiqətən də bütün otağı - qabları da, ayaqyolunu da, döşəmələri də bir əski parçası ilə təmizləyir. Proses mətbəxdə başlayır və vanna otağında başa çatır, bundan sonra istifadə edilmiş bez yuyulmağa göndərilir, yeni otaq üçün isə başqası götürülür.

"Həmçinin qədəhlərin parıldaması üçün biz onlara şüşə təmizləyicisi fısqırdırıq. Ona görə də lütfən, hotel qablarında nə isə içməzdən və ya yeməzdən əvvəl hər şeyi yaxşıca yuyun", - deyə o tövsiyə edib.

Eyni zamanda bloqer qeyd edib ki, yataq dəstləri həmişə təmiz olur və hər yeni qonaq üçün təzəsi verilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru