Niyə bəzi qoxular bizi cəlb edir, digərləri isə iyrəndirir? - Bu hissin autizmlə əlaqəsi öyrənildi

24-06-2025, 16:37           
Niyə bəzi qoxular bizi cəlb edir, digərləri isə iyrəndirir? -
Qoxulara qarşı pozitiv və ya neqativ reaksiya verməyimiz beyindəki badamcıq nahiyəsində yerləşən iki növ neyronla bağlıdır.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Florida Ştat Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra bəyan ediblər. Araşdırmanın nəticələri "MolPsy" jurnalında dərc olunub.

Bildirilir ki, bunun üçün siçanlar üzərində təcrübələr aparılıb. Məlum olub ki, bu neyronlar qoxuları emosional olaraq necə qiymətləndirəcəyimizə təsir edir.

Maraqlısı odur ki, əvvəlcə neyronların birinin yalnız xoş, digərinin isə xoşagəlməz qoxulara cavab verdiyi zənn edilsə də, əslində hər iki növ neyronun həm pozitiv, həm də neqativ emosiyalara səbəb ola biləcəyi öyrənilib; bu, onların beyinin hansı hissələri ilə əlaqəli olmasından asılıdır.

Alimlər bildirirlər ki, bu mexanizm xüsusilə autizm, təşviş pozuntusu və ya posttravmatik stres yaşayan insanlar üçün önəmlidir, çünki onlar qoxulara qarşı daha həssasdır.

Həmçinin neyron yolları gələcəkdə müalicə üsulu kimi də, məsələn, xəstəlik nəticəsində iştahasını itirənlərə yenidən qoxulardan zövq alma imkanı yaratmaq üçün istifadə oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru