Taliban hərəkatının 2000-ə yaxın yaraqlısının Əfqanıstanın Kunduz vilayətinin mərkəzinə hücumu və şəhərin bir hissəsini ələ keçirdiyi haqda məlumat yaymışdıq.
Ölkə.az xəbər verir ki, bu gün Talibana yaxın media orqanlarında yayımlanan videoda Kunduz şəhərinin mərkəzindən kadrlar yayımlanıb.
Kadrlarda Taliban yaraqlılarının Kunduzun mərkəzindəki binaları, əsgər və polislər tərəfindən atılmış maşınlar, silah-sursat və texnika aydın görünür. Şəhəri ələ keçirən Taliban şəhərin həbsxanasını açaraq oradakı məhkumları da azad edib.