NATO ölkələri Türkiyəyə mane olur - Ruttedən şok

25-06-2025, 09:44           
NATO ölkələri Türkiyəyə mane olur - Ruttedən şok
NATO-nun Baş katibi Mark Rutte Türkiyənin müdafiə sənayesi bazası ilə Böyük Britaniya, Norveç və AB arasında mümkün qədər sıx əlaqənin təmin edilməsi zərurətindən danışıb.
Onun sözlərinə görə, Türkiyənin çox böyük müdafiə sənayesi bazası var və bunu nəzərdən qaçırmaq olmaz.
O, Türkiyənin müdafiə sənayesi müəssisəsinə səfərindən danışarkən deyib: “Mən onların bəzi şirkətlərinə baş çəkmişəm, bu, həqiqətən də təsiredicidir”.
Rutte Şimali Atlantika Alyansındakı müttəfiqlərin Türkiyənin müdafiə sənayesi üçün maneələr yaratmasının qəbuledilməz olduğunu da vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru