“Putinlə danışdıq ki…” - Paşinyan “Qazprom”a müharibə ELAN ETDİ
9-09-2018, 09:53

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Moskvada keçirilən görüşdə Rusiya qazının qiymətləndirmə məsələləri üzərində işləməyə razılaşıblar.
Publika.az xəbər verir ki, bu haqda TASS agentliyinin müxbirinə Rusiyada işləyən erməni mənşəli sahibkarlarla görüşdən sonra Paşinyan bildirib.
“Faktiki olaraq, Ermənistan Rusiyadan qazı kifayət qədər aşağı qiymətlər alır. Amma problem ondadır ki, istehlakçılar bu qazı ikiqat qiymətlə alırlar. Bu haqda prezident Putinlə danışdıq ki, ikiqat qiymətin necə yaradıldığını anlamaq lazımdır. Baxmaq və anlamaq lazımdır ki, qiymətləndirmə prosesi necə gedir. Bu mexanizmi daha effektiv etmək lazımdır ki, şərtlər daha əlverişli olsun. Biz cənab Putinlə razılaşdıq ki, bu məsələnin üzərində birgə işləyək”, - Paşinyan deyib.
O izah edib ki, “Qazprom Ermənistan” qazı “Qazprom”un filialı olaraq əldə edir və ölkə daxilində tarifləri müəyyənləşdirir.
Daha əvvəl Paşinyan qeyd edib ki, Rusiya Ermənistana aşağı qiymətlərlə qaz satır, amma istehlakçı bunu hiss etmir. Putin erməni baş nazirlə görüşdən əvvəl jurnalistlərə xatırladıb ki, “Qazprom” Ermənistana dünyada ən aşağı qiymətlə - min kubmetri 150 dollara qaz çatdırır.