Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalarda 84 nəfər ölüb

10-09-2018, 07:05           
Yəməndə hökumət qüvvələri ilə husilər arasında toqquşmalarda 84 nəfər ölüb
Yəməndə hökumət qüvvələri ilə üsyançı husilər ("Ənsar Allah" hərəkatının tərəfdarları) arasında döyüşlər zamanı azı 84 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə tibbi mənbələrə istinadən AFP nəşri məlumat yayıb.

Bildirilir ki, silahlı toqquşmalar Cenevrə məsləhətləşmələrinin pozulmasından sonra baş verib.

Mənbənin məlumatına görə, ölənlər arasında 11 hökumət qüvvəsi və 73 üsyançı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.