“Apple”ın daha bir uğursuzluğu

30-09-2015, 19:22           
“Apple”ın daha bir uğursuzluğu
Yeni iPhone modelləri satışa çıxar-çıxmaz, artıq istifadəçilərdən ilk şikayətlər gəlməyə başlayıb. Məlum olub ki, sonuncu iPhone modelləri heç də mükəmməl deyil.

Apple-ın dünya mətbuatına səs salan yeni “iPhone 6s” və “iPhone 6s Plus” modelləri ötən həftədən başlayaraq, müştərilərə təqdim edilib. Bu modellərin ən çox diqqət cəlb edən tərəfi kamerasının 4K videoçəkimiтш dəstəkləməsi və “iPhone 6s” modelində arxa kameranın 12 MP, ön kameranın isə 5 MP keyfiyyətinə yüksəlməsidir.

Lakin yeni telefonların kamerasında problem də yaşanmaqdadır. Belə ki, istifadəçilər sosial şəbəkələrdəki paylaşımlarında “iPhone 6s” və “iPhone 6s Plus” modellərinin, əvvəlki iPhone modellərinə nisbətən daha çox isindiyini yazırlar.

Xüsusilə də, kamerasından istifadə edərkən, bir neçə dəqiqə sonra cihaz həddindən artıq qızması ilə bağlı xəbərdarlıq edir. 4K videoçəkimi əsnasında yaşanan bu problem cihazın xəbərdarlıq etməsinə səbəb olur.

Xəbərdarlıqda cihazın çox qızdığı və LED flaşı işə salmaq üçün bir müddət gözləmək lazım olduğu yazılır. Bəzi istifadəçilərin apardığı testlərə görə, “iPhone 6s”in arxasında hissedilən istilik təxminən 40 dərəcəyə yaxındır.

Öncəki modellərdə 30 dərəcə civarında olan istilik, yaxın müddətdə daha çox istifadəçinin şikayət etməsinə səbəb ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.