Hindistanda dəhşətli qəza - 55 ölü, 20 yaralı - Video 12-09-2018, 00:51 Hindistanın Telenqana şəhərində ağır yol qəzası baş verib.“Qafqazinfo” “Dailystar”a istinadən xəbər verir ki, “Anjaneya Svami” məbədindən qayıdan zəvvarları daşıyan avtobus dağlıq ərazidə aşıb.Hadisə nəticəsində 36-sı qadın olmaqla 55 nəfər ölüb, 20 nəfər isə yaralanıb.Məlumata görə, avtobus 54 yerlik olsa da, içərisində 70-dən çox sərnişin olub. Facebook-da paylaş