Gürcüstanda saxlanılan nüfuzlu iş adamı azadlığa buraxıldı

8-07-2025, 07:14           
Gürcüstanda saxlanılan nüfuzlu iş adamı azadlığa buraxıldı
Ötən gün Tbilisi hava limanında odlu silaha görə saxlanılmış iş adamı Giorgi Ramişvili barəsində 70 min lari (44 min AZN) məbləğində girov qətimkan tədbiri seçilib.
TEREF Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.

Biznesmen məhkəmə zalından azadlığa buraxılıb. Girovun ödənilməsi üçün son müddət 30 gün müəyyən edilib. Məhkəmə öncəsi dinləmə avqustun 26-na təyin olunub.

Qeyd edək ki, G.Ramişvili Gürcüstanın ən iri telekommunikasiya şirkəti olan “Silknet”in sahibidir. O, həmçinin “Euronews” telekanalının Gürcüstan nümayəndəliyinin təsisçisidir. Gürcüstanın Baş Prokurorluğunun G.Ramişviliyə qarşı irəli sürdüyü rəsmi ittihama əsasən, biznesmen odlu silahın qanunsuz daşınmasında ittiham olunur. Tbilisi aeroportunda biznesmenin əl yükündə aşkarlanmış silah onun adına qeydiyyatda olsa da, daşımaq hüququna malik olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru