Alman Katolik kilsələrindəki uşaq təcavüzləriylə bağlı yeni faktlar ortaya çıxıb

12-09-2018, 22:20           
Alman Katolik kilsələrindəki uşaq təcavüzləriylə bağlı yeni faktlar ortaya çıxıb
Alman Katolik kilsələrindəki uşaq istismarlarının miqyası məlum olandan daha böyük olduğu bildirilib.

Open.az xəbər verir ki, "Der Spiegel" jurnalının xəbərində, Alman Yepiskoplar Konfransının Mannheym, Heydelberg və Giessen universitetlərində uşaq istismarına dair araşdırma apardığı, sentyabrın 25-də ictimaiyyətə açıqlanacaq hesabatın icmalının araşdırıldığı qeyd olunub.

Bu çərçivədə ölkədəki 27 yepiskopluq bölgəsində 38 mindən çox hesabatın nəzərdən keçirildiyi ifadə edilib.

Araşdırma nəticəsində, 1946-2014-ci illərdə əksəriyyəti oğlan olan ən azı 3 min 677 uşağın cinsi istismara məruz qaldığının ortaya çıxdığı qeyd edilib.

Hadisələrin baş verdiyi zaman uşaqların əksəriyyətinin 13 yaşında olduğuna işarə edilən tədqiqatda, hər altı hadisədən birinin təcavüz olduğu bildirilib.

Tədqiqatda, 1670 keşişin cinayətlərdə iştirak etdiyi qeyd olunub.

Hadisələrin yarısının əlaqədar olan şəxslərin təzminat müraciətindən sonra ortaya çıxdığı ifadə edilən xəbərdə, bir çox hadisədə hesabatların, məhv edildiyi və ya dəyişdirildiyi, bunun da hələlik qaranlıq olan hadisələrin miqyasının nə qədər böyük olduğunu göstərdiyi vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.